Ötən il Gürcüstandan 21 Azərbaycan vətəndaşı deportasiya edilib

Ötən il Gürcüstandan 21 Azərbaycan vətəndaşı deportasiya edilib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin hesabatında qeyd olunub. Bildirilib ki, 2022-ci ildə Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarından 7-si yetkinlik yaşına çatmayanlardır.
Ümumilikdə, deportasiya edilən Azərbaycan vətəndaşlarından 13-ü kişi, 8-i qadın olub.
Ötən il Gürcüstandan ümumilikdə 165 əcnəbi deportasiya edilib. Ən çox deportasiya edilənlər İran (29) və Türkiyə (25) vətəndaşları olub.