Ukrayna XİN Azərbaycana humanitar yardım üçün təşəkkür edib

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycana humanitar yardım üçün təşəkkür edib.
Bu barədə Ukrayna XİN "Twitter" hesabında paylaşım edib.
“Ukrayna şəhərlərini generator və transformatorlarla təmin etdiyi üçün Azərbaycana minnətdarıq. Bu, təcavüzkar Rusiya tərəfindən həyata keçirilən vəhşi bombardmanlardan sonra Ukraynanın zərər görmüş kritik infrastrukturunun bərpası üçün çox vacibdir”, - Ukrayna XİN-dən bildirilib.