Azərbaycanda DSK-ların sərhədləri müəyyənləşdirilir
“Hazırda dairə seçki komissiyalarının sərhədlərinin müəyyənləşdirilməsi üzrə iş gedir”.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.
O qeyd edib ki, faktiki qanunvericiliyin tələbinə uyğun addımların atılmasına üstünlük verilir: “Bəzi dairələrdə seçici sayı kifayət qədər azdır. Bu, respublika üzrə həssas işdir, xırda detallar çoxdur ki, onları nəzərə alaq. 830-dan çox yeni seçki məntəqəsinin 30-dan çoxunun yaranmasına səbəb məsafə ilə bağlıdır. Seçicilər çox zaman məsafənin uzunluğundan şikayət edib. Bu cür hallar yolverilməzdir. Seçkilər bəzən qışa da düşür. Məsələn, bələdiyyə seçkiləri. Ona görə bütün detalları nəzərə alaraq, dairə seçki komissiyalarının sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı işi tamamlamağa çalışırıq”.