ABŞ Dövlət Departamenti Azərbaycana bu il daha çox vəsait ayırmağı planlaşdırır
ABŞ Dövlət Departamenti Azərbaycana maliyyə dəstəyi qismində 9,1 milyon dollar vəsaitin ayrılması məsələsini nəzərdən keçirir.
Bu barədə Dövlət Departamentinə istinadən məlumat verilir.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycan üçün ayrılmış maliyyələşdirmənin həcmi 8,3 milyon dollar təşkil etmişdi.
ABŞ Dövlət Departamentinin 2023-cü il üçün büdcə layihəsinə əsasən, Azərbaycana 9,1 milyon dollar vəsaitin ayrılması planlaşdırılır.
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin dərc etdiyi sənəddə bildirilib.
Dövlət Departamentinin məlumatına əsasən, 2023-cü ildə Gürcüstana 88,02 milyon dollar, Ermənistana 23,4 milyon dollar yardımın ayrılması nəzərdə tutulur.
Eyni zamanda, Azərbaycanda hərbi təlimlərin keçirilməsinə dəstək məqsədilə 600 min dollar vəsaitin ayrılması planlaşdırılır.