Mədəniyyət naziri Mövlud Çavuşoğlu ilə görüşüb
Türkiyədə səfərdə olan mədəniyyət naziri Anar Kərimov bu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Bu barədə M.Çavuşoğlu şəxsi tvitter hesabında bildirib.
O qeyd edib ki, işğal müddətində Dağlıq Qarabağda ziyan dəymiş Azərbaycan mədəni irsinin bərpası üçün Türkiyə hər cür dəstəyi verəcək:
"UNESCO daxil olmaqla beynəxalq platformalarda Azərbaycanın ədalətli mübarizəsində arxasındayıq".