Azərbaycan, Ermənistan, Rusiya baş nazir müavinlərinin növbəti görüşünün vaxtı açıqlanıb
Qarabağla bağlı üçtərəfli bəyanatda nəzərdə tutulan Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin növbəti görüşü fevralın 27-də Moskvada keçiriləcək.
Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
O əlavə edib ki, Ermənistandakı hadisələrə baxmayaraq, rəsmi Yerevan da görüşdə iştirak edəcəyini təsdiqləyib.