“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi hazırlanacaq

“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi hazırlanacaq

Sentyabrın 22-də Milli Məclisin Aqrar siyasət komitəsinin 2020-ci ilin payız sessiyasında  ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat  və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, komitə sədri Tahir  Rzayev  2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlərə dair hesabatı təqdim edib.  Vurğulanıb ki, ötən dövrdə komitə gərgin işləyib. 7 iclas keçirilib, 17 məsələ müzakirə olunub. 

Sessiyalar ərzində komitənin ünvanına daxil olmuş 31 təklif, ərizə və şikayətə baxılıb, müvafiq qaydada həll edilib, bəziləri araşdırılması üçün müvafiq təşkilatlara göndərilib. Hesabat dövründə komitənin üzvləri ölkə daxilində keçirilmiş tədbirlərdə, mətbuatda müxtəlif  səpgili çıxışlar edərək ölkəmizin siyasi və iqtisadi sahələrdə əldə etdiyi uğurlar barədə vaxtaşırı seçicilərini məlumatlandırıblar.  

Hesabat məqbul hesab edildib. 

Sonra komitənin 2020-ci ilin payız sessiyası üçün qanunvericilik işləri planı müzakirə edilib. Bildirilib ki, qarşıdakı  sessiyada iş planına Azərbaycan Prezidentinin,  Respublika Ali Məhkəməsinin, Baş Prokurorun, Milli Məclisin deputatlarının, Naxçıvan MR Ali Məclisinin qanunvericilik təşəbbüsü  qaydasında təqdim etdiyi sənədlərin müzakirəsi, “Qida  təhlükəsizliyi haqqında” qanun layihəsinin hazırlanması, bir sıra qanunvericilik aktlarına əlavə  və dəyişikliklər edilməsi barədə məsələlər daxil edilib. 

Millət vəkilləri Eldar İbrahimov, Cavanşir Paşazadə, İqbal Məmmədov, Aydın Hüseynov, Azər Badamov, Müşfiq  Cəfərov, Emin Hacıyev müzakirə ediləcək sənədlərlə bağlı fikirlərini açıqlayıblar, təkliflərini bildiriblər. İş planı  təsdiq edilib.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*