Milli Məclis Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət edib

Milli Məclis Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət edib

Milli Məclis Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Azərbaycan xalqına müraciət edib.

Milli Məclisin üzvü Nigar Arpadarai parlamentin adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına müraciəti təqdim edib.

Müraciətdə qeyd olunur ki, son 100 ildən artıq dövrdə Ermənistan Azərbaycan xalqına qarşı işğalçılıq və soyqırım siyasəti həyata keçirib:

“Sovet İttifaqı dağıldıqdan sonra geniş miqyas almış işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, bir milyondan artıq soydaşımız öz torpaqlarından didərgin düşüb, xalqımıza qarşı qətliam və soyqırımlar həyata keçirilib. Dünyanın ən qanlı soyqırımlarından biri olan Xocalı soyqırımı törədilib.

Xalqımıza qarşı etnik təmizləmə, soyqırım və işğalçılıq siyasətinə müqavimət ümummmili lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra təşkil edilib.

Azərbaycan daim sülh prosesinə sadiqlik nümayiş etdirib, bütün təkliflərə anlayışla yanaşıb. Təəssüf ki, Ermənistanın qeyri-konstruktiv siyasəti nəticəsində bu təkliflər heç bir nəticə verməyib”.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*