Azərbaycanda yeni qanun layihələri hazırlanacaq

Azərbaycanda yeni qanun layihələri hazırlanacaq

Azərbaycanda bir sıra yeni qanun layihələrinin hazırlanması nəzərdə tutulur.

Bu barədə məsələ Milli Məclisin Mədəniyyət komitəsinin iclasında müzakirə edilib.

Bildirilib ki, qarşıdakı dövrdə “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Yazılı abidələr haqqında”, “Kabel şəbəkəsi yayımı haqqında” vacib qanun layihələrinin hazırlanması nəzərdə tutulur.

Qeyd edək ki, yuxarıda qeyd olunan qanun layihələri ilə bağlı müxtəlif vaxtlarda təkliflər irəli sürülüb, fikirlər səsləndirilib, hətta qanun layihələrinin hazırlandığı bildirilib. Lakin qanun layihələri müzakirələrə təqdim edilməyib.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*