Nadir Qafarzadədən efir qadağası: "Məni ağladacaq.."
Müğənni Nadir Qafarzadə özünə efir qadağası qoyub.
Ifaçı “MTV Azərbaycan”a bildirib ki, daha hər verilişə çıxmayacaq:
"Hər efirə getmirəm, sayıram, seçirəm. Bəsdir, artıq kiməsə görə çıxdıq. Bu dostdur, ona görə çıxım, bunun xətrinə dəyməyim, bitdi artıq. Yaralı yerimə toxunurlar, zəif nöqtəmi tuturlar. Məni ağladacaq kadrlar göstərirlər. Lazımsız adamlar lazımsız mövzulara görə mənə zəng edirlər".