“Avroviziya-2022”nin ilk iştirakçı ölkəsi mahnısını təqdim etdi - Video
“Avroviziya-2022” beynəxalq mahnı müsabiqəsinin ilk iştirakçı ölkəsi bəlli olub.
Söhbət Bolqarıstandan gedir. Ölkə təmsilçisi “Intelligent Music Project” rok qrupu olacaq. Qrup müsabiqədə “Intention” mahnısı ilə çıxış edəcək.
Qeyd edək ki, “Avroviziya-2022” 10-14 may tarixlərində İtaliyanın Turin şəhərində keçiriləcək. Müsabiqədə 41 ölkə iştirak edəcək. Bu, 1965 və 1991-ci illərdən sonra İtaliyada keçiriləcək üçüncü “Avroviziya” müsabiqəsi olacaq.
Azərbaycan müsabiqədə iştirak edəcəyini təsdiqləsə də, təmsilçimiz hələlik açıqlanmayıb.