Dietoloq Nutrsioloq Aynur Rəhimovadan "qızıl" kimi məsləhtlər
Düzgün qidalanma sağlamlığın ən əsas şərtlərindən biridir. Təsadüfi deyil ki, xəstəliklərin çox böyük əksəriyyəti düzgün qidalanmamaq nəticəsində orqanizmdə maddələr mübadiləsinin pozulması ilə əlaqədar olur. Təəssüf ki, əhalinin xeyli bir qismi qidalanma qaydalarından xəbərsizdir.
Hər gün 2-3 litr çiy su içməyə vərdiş etmək vacibdir. Yemək vaxtı və yeməkdən dərhal sonra su içmək düzgün deyil, çünki su 10-15 dəqiqə sonra mədəni tərk edərək özü ilə bərabər mədə şirəsini də yuyub aparır və həzmolmanı pozur. Suyu meyvələrdən 30 dəqiqə, nişastalı qidalardan 2 saat, zülallı qidalardan 4 saat sonra içmək daha yaxşıdır.Soyuq maye içmək və soyuq xörək yemək mədədə enzimlərin fəaliyyətini zəiflədir.
Çox isti çay içmək və çox isti xörək yemək enzimlərin ifrazını dayandırır, mədənin zədələnməsinə səbəb olur.
Səhər yeməyinə şirəli meyvələrdən başlamaq, ona 3-4ədəd qoz ləpəsi, yaxud 5-6 fındıq əlavə etmək faydalıdır.
Gün ərzində ən azı bir qab tərəvəz salatı yemək, gündə üç dəfə qida qəbul etdikdə iki dəfə salat yemək, salatı 4-5 növ çiy tərəvəzdən hazırlamaq faydalıdır.
Hər gün meyvə yemək vacibdir meyvəni günün birinci yarısı bir növün seçib yeyin.
Yağlardan mümkün qədər az istifadə etmək; istər kərə, istərsə də bitki yağı həzmolunmanı ləngidir, mədə-bağırsaq sisteminin işini pozur. Orqanizmə həftədə bir dəfə istirahət vermək lazımdır, çünki bağırsağın divarları özündə 3 kiloqramdan 5 kq dək şlak toplayıb saxlayır. Qidada xörək duzunun miqdarını azaltmaq vacibdir.
Qızıl qaydalara əməl etsəz artıq çəkidən əziyyət çəkmərsiz;-
Gündəlik 30-45+dəqiqə idman etmək lazımdır. Müntəzəm yüngül idman və sağlam pəhriz.
Qida qəbulunun arası 4-5 saat olmalıdı.
Gün ərazində təxminən 7 - 9 saat yatmağı məsləhətdi. Unutmayın ki biz yuxudada çəki veririk.
Əlaqə nömrəsi: (055) 5624222