Klinik psixoloq Səbinə Şirəlizadə Autizim Spektr Pzontusundan danışdı
- Autizim Spektr Pozuntusu nədir?
- Uşaq dedikdə ağlımıza sevinc, canlılıq, sonsuz və tükənməz enerji gəlir. Ətrafımızda belə uşaqlarla tez-tez rastlaşır, onların oyunlarına, xəyal dünyalarına heyranlıqla baxırıq. Bununla belə, ətrafda baş verənlərə laqeyd yanaşan, xarici aləmlə az əlaqəsi olan, öz aləmində yaşayan uşaqlar da var. Bu uşaqların ən fərqləndirici xüsusiyyəti sosial münasibətlər qurmaqda yaşadıqları çətinliklərdir. 4-5 yaşından sonra cəmiyyətdə bu xüsusiyyəti olan uşaqları dərhal fərq edə bilərik. Ətrafına hörülmüş qalın divarı aşmaq, hətta pəncərə açmaq üçün çox səy göstərməli olduğumuz bu uşaqları autizmli uşaqlar adlandırırıq.
"Autizm spektri pozuntusu" (ASD) ümumiyyətlə "autizm" olaraq bilinən neyroinkişaf pozuntusuna aiddir. Autizm, sosial qarşılıqlı əlaqə və ünsiyyətdə çətinliklər, təkrarlanan davranışlar və məhdud maraqlar kimi fərqli xüsusiyyətlərə malik spektr pozuntusudur. Bu uşaqlar sözün əsl mənasında xarici dünyaya pəncərələrini bağlayır və ətrafdakı əşyalara və insanlara qarşı laqeyd bir həyat sürürlər. Autizm pozuntusu; Disinteqrativ Psixoza, Asperger pozuntusu, Rett pozuntusu və Başqa Təhlil Olmayan Yayılan İnkişaf pozuntusu daxildir.
- Diaqnozu necə qoyulur?
- Autizm spektr pozuntusunun diaqnozu klinik qiymətləndirmə və davranış xüsusiyyətlərinə əsasən psixiatrlar tərəfindən qoyulur. Autizmin simptomları hər bir fərddə fərqli ola bilər və yüngüldən ağıra qədər dəyişə bilər. Diaqnozu əsasən 3 yaş dönəmində qoyulur, lakin simptomları həyatı boyu davam edə bilər. Lakin gecikmələr və disfunksiyalar 3 yaşından əvvəl bu sahələrdə problem yaratmalıdır. Erkən diaqnoz və erkən müdaxilə autizmli şəxslərin sosial bacarıqlarının, ünsiyyət bacarıqlarının və müstəqillik səviyyələrinin yaxşılaşdırılmasında əhəmiyyətli ola bilər.
Etiologiyası...
ASP-nun etiologiyası dəqiq məlum olmasa da, onun əsas səbəbləri genetik və ətraf mühit faktorlarıdır. ASP-nun artaraq yayılması xəstəliyin formalaşmasına təkcə genetik faktorların deyil, həm də ətraf mühit amillərinin təsir etdiyini göstərir. Bu ətraf mühit amilləri əsasən: siqaret, havanın çirklənməsi, alkoqol, və endokrin pozuculardır. Bundan başqa, hamiləlik zamanı baş verən infeksiyalar, vaxtından əvvəl doğuş, anadangəlmə anomaliya və körpənin uzun müddət reanimasiyada qalması autizm spektri pozuntusunun formalaşmasına təsir edən amillər arasındadır.
Autizmin müalicəsi...
Müalicə fərdi ehtiyaclara uyğunlaşdırılmalı və müxtəlif terapevtik yanaşmalar, təhsil metodları və dəstək xidmətlərini əhatə edə bilər. Autizmli şəxslərə və onların ailələrinə dəstək verən icma resusları da vacibdir.
Əlaqə nömrəsi: (055) 602 75 75