Life coach Alya İsmayılova xəstəliklərin dəyərsizlik duyğusundan danışdı
Dəyərlilik duyğusu insanın ən təməl həyat əhəmiyyətli duyğularından biridir. İnsan öz varlığını digər insanlarla münasibətlərdə,onların gözlərində qurar . Biri ona nəvazişlə baxdıqda,toxunduqda ,isti münasibət bəslədikdə ,xoş sözlər dedikdə , təmas qurduqda, yardımına ehtiyac duyulduqda insan da özünü dəyərli hiss edər və bu dəyərlilik də çox güvəndə hiss etdirən bir duyğu
Bu duyğunun əksi isə dəyərsizlik duyğusudur.Dəyərsizlik duyğusunun bir sıra əlamətləri vardır.
1.İnsan gözəlliklərə layiq olduğuna inanmaz. Özünü yaxşı olan heç nəyə layiq görməz .
2. Başqaları tərəfindən qəbul olunmaq, təsdiqlənmək istədikləri üçün şəxsi sərhədlərini qoruyub saxlaya bilməz və ,,yox,, deməyi bacarmaz .
3. Özünə yazığı gəlməyə, acınacaq duruma düsməyə meyillidir. Özünü kənarlaşdırılmış və sevilməyən hesab edir.
4.Alma - vermə tarazlığı pozulur. Yalnız özündən nəsə verdikdə, nəsə etdikdə seviləcəyini və bəyəniləcəyini düşünür.
5.Tez küsəndilər, inciyərək ünsiyyət qura biləcəklərini düşünürlər.
6. Çox vaxt ya özlərini ya da başqalarını günahlandırırlar.
7.Güvənməkdə çətinlik çəkirlər.
8. Tənqidə dözümlü deyillər və hər zaman haqqlı olmağa çalışırlar
Dəyərsizlik duyğusu insana əsasən uşaq vaxtı kodlanır. Hətta bəziləri artıq doğulanda bu duyğu ilə doğulurlar.Bu duyğunun bir neçə təməl səbəbi vardır
1. Ailədə istənməyən övlad olmaq , yəni planlaşdırılmadan doğulmaq .
2. Ailədə bir övlad itkisindən həmən sonra doğulmaq .
3. Oğlan uşağı istəyən ailədə qız olaraq doğulmaq və ya əksinə.
4.Ailədəki və çevrədəki digər uşaqlarla müqayisə edilmək.
5.Tez - tez tənqid edilmək , bəyənilməmək və xor görülmək.
Fiziki və psixoloji şiddət
Dəyərsizlik duyğusu yaşayan insanlar ailədə və cəmiyyətdə öz lazımi yerlərini tapa bilmir və həyatda çətinliklərlə üzləşir bir sıra problemlər yasayırlar.
Lakin hər dərdə dərman olduğu kimi bu duyğudan da tamamən azad olmaq ,həyatı özdəyər, özsayğı və özsevgi ilə rahat şəkildə yaşamaq mümkündür. Şüuraltı terapiyalarla dəyərsizlik duyğusunu dəyişib dönüşdürüb yeni , tamamən özdəyərli bir insan olmaq istəyən hər kəsə kömək etmək olur. Yetər ki, vaxtında travmalarınızın fərqinə varıb dəyişmə istəyiniz olsun. Həyatda hər şey mümkündür, sevgi və işıqla qalın.
Əlaqə nömrəsi: (070) 384 34 28