MBT mütəxəssisi Könül Quliyeva əzələ distrofiyası haqqında danışdı
Əzələ distrofiyaları hərəkəti idarə edən skelet əzələlərinin proqressiv zəifliyi və degenerasiyası ilə xarakterizə olunan genetik xəstəlik qrupudur.Əzələ distrofiyası, əzələ itkisi son zamanlar uşaqlar arasında daha çox müşahidə edilir. Simptomlar əzələ distrofiyasının növündən və təsirlənmiş əzələ qrupundan asılıdır.
Fiziki inkişaf mərhələlərini vaxtında yerinə yetirməməsi. Bu halda uşağın oturması, iməkləməsi və gəzməsi ləngiyəcək. Uşaqda anormal əzələ böyüməsi də ola bilər. Məsələn, Duchenne əzələ distrofiyası olan uşaqlar, bədənin itirilmiş əzələlərini yağla əvəzlədiyi üçün bəzi əzələ hissələrində qeyri-adi bir böyümə görünür.
Bu xəstəlik ilk növbədə oğlan uşaqlarına təsir edir. Bunun səbəbi əzələ tamlığının qorunmasında iştirak edən, protein olan distrofinin olmamasıdır. İlkin mərhələ 3 ilə 5 yaşda başlayır və pozğunluq sürətlə irəliləyir. Əksər oğlanlar 12 yaşına qədər yeriyə bilmir və sonradan nəfəs almaq üçün tənəffüs aparatına ehtiyac duyurlar.
Xəstəliyi olan uşaqlar pilləkənlərə qalxmaq, stuldan qalxmaq, tullanmaq, atlamaq və ya çiyinlərini çəkməkdə çətinlik çəkirlər. Əllərinin və dizlərinin dəstəyi ilə yavaş-yavaş ayağa qalxırlar. Əzələ ağrısı və kramplar ola bilir. Zəif əzələ tonusu, uşağın tez-tez yıxılmasına səbəb olur, bədən vəziyyətini və sabitliyini qoruya bilmir. Üz əzələlərində distrofiya meydana gəldiyi zaman uşaqda bu əlamətlər ola bilər.Üz ümumiyyətlə ifadəsiz görünür. Təbəssüm və göz qırpma kimi sadə ifadələr belə etməkdə çətinlik çəkə bilərlər. Zəif əzələ tonusu, skelet quruluşuna təsir edir, bel əyriliyi (skolioz) və barmaqların içəriyə doğru yöndəmsiz yerləşməsi kimi problemlərə səbəb olur.
Bu xəstəliyi dayandırmaq və ya geri qaytarmaq üçün xüsusi bir müalicə yoxdur.Lakin daha dərin fəsadların yaranmaması üçün fiziki müalicə, tənəffüs terapiyası, danışma terapiyası, dəstək üçün istifadə olunan ortopedik aparatlar və düzəldici ortopedik cərrahiyyə yolu ilə müdaxilə olunur. Əzələ degenerasiyasını yavaşladan dərman terapiyası da tətbiq edilir.
Əlaqə nömrəsi: (055) 742 57 76