Psixoloq Züleyxa Əskərova obsessiv kompulsiv pozuntu (OKP)-dan danışdı
Obsessiya nədir ?
- İnsanın öz düşüncəsinə qapılmanın məhsulu olaraq xarakterizə olunur , görməzlikdən gəlmək, basdırmaq və ya başqa düşüncə və ya hərəkətlərlə balanslaşdırmağa çalışdığı, insanın şüurunu narahat edən, hər cür təkrarlanan və davamlı fikir, impuls və görüntülərdir.
• Misal üçün; ütünü şəbəkədən çıxarıb-çıxarmadığına əmin olmama, qapını kilidləyib-kilidləmədiyinə əmin olmama
Kompulsiya nədir?
Obsessif düşüncələri ağıldan yayındırmaq ya da bu düşüncələrin cansıxıcılığını azaltmaq üçün görülmüş və istər-istəməz təkrarlanan davranışlardır. Misal üçün; davamlı olaraq cisimlərə toxunmaqdan çəkinmək, tez-tez əl yuma kimi görülən hallar.
Epidemiologiya
Əhalinin 80%-nin müəyyən vaxtlarda sarışan fikirlər hiss etməsinə və təxminən 50%-nin müayyan rituallar etməsinə baxmayaraq, OKP-nin klinik təzahürlü vəziyyətinə bir o qədər tez- tez rast gəlinmir. Bir il müddətində əhali arasında OKP-nin yaranma riski 1,1-1,8%-a bərabərdir, ümumi həyatı boyu isə hər bir adam üçün 1,6-3% təşkil edir. OKP-yə 18 yaşından yuxarı qadınlarda daha çox rast gəlinir, kişilərdə isə bu, daha erkən yaşlarda başlayır. 15 yaşa kimi olan uşaqlar arasında OKP-nin yayılması 0,25% təşkil edir.
Xüsusiyyətəri
- İnsanın şüuruna bir düşüncə və ya impuls təkrar-təkrar israrlı şəkildə daxil olur
- Bu vəziyyət narahatlıq və ya qorxu hissi ilə müşayiət olunur və insanı düşüncədən və ya impulsdan qorumaq üçün müəyyən kompulsiyalar etməyə doğru itələyir
- Obsessiya və ya kompulsiyalar şüura yaddır
- Obsessiyalar və ya kompulsiyaları şəxs qəribə və əsassız kimi qəbul edir
- Obsessiyalardan və kompulsiyalardan şikayət edən şəxs ümumiyyətlə onlara müqavimət göstərmək üçün güclü bir istək hiss edir.
Okp növləri
1. Çirklənmə Obsessiyası və təmizlik kompulsiyası
- İnsan inanır ki, bədəni və paltarları çirklidir. Bədəninizə və paltarınıza mikroblar, sidik, nacis, deterjan, kir, toz kimi maddələrdən bulaşması düşüncəsi davamlı olaraq təmizlənmə davranış ortaya çıxır.
2. Cinsi obsessiyalar
- Cəmiyyətə və ya yaşına uyğun olmayan cinsi məzmun xəyalların qurulması
- və bu xəyallar qeyri ixtiyari bir hal alır
- insan özünü xəyal qurmaqdan çəkindirə bilmir.
3. Dini okp
- İnsan inancının tam əksi olan dini məzmunulu düşüncələrdən özünü saxlaya bilmir.
4. Simmetriya obsessiyası
- İnsan ətrafındakı obyektlarin simmetrik və düzən içində olmasından özünü saxlaya bilmir.
5. Şübhə və kontrol okp-si
- Ən çox görülən obsessiyadır. Qapılarınızın kilidli olub-olmaması
- Suyu və ya sobanı açıq qoyub-qoymadığınız
- Elektriklə işləyən cihazları elektrikdən ayırıb ayırmamanız nəticəsində təkrarlanan məcburi kompulsiyalar əmələ gətirirlər.
6. Sayma kompulsiyaları
- Bəzi şəxslərin müəyyən bir iş haqqında uğurlu ola bilməsi üçün müəyyən sayıya kimi sayması lazımdır. Sayına qədər saymazsa işi ya təsadüfi olur ya da onun getməyəcəyini düşünür.
7. Yığma və Saxlama kompulsiyası
- Gələcəkdə buna ehtiyacı olacaqdır deyə düşünürlər. Davamlı düşüncə hökmranlığı nəticəsində ehtiyacının olmayacağı əşyalan toplayır.
OKP-nin inkişaf etməsində risk amilləri :
1. İrsiyyətində OKP-nin və tik pozuntunun olması
2. Qeyri-kafi hayat şəraiti
3. Cinsi, dini və gigiyena sahəsində uyğunlaşa bilməyən mövqenin formalaşması ilə əlaqədar yaranan mədəni-sosial amillər
4. Neqativ emosionallıq
5. İnkişaf prosesina davranışın təsiri, uşaqlıqda baş verən fiziki və cinsi zorakılıq
6. İnfeksiyadan sonra yaranmış autoimmun sindrom kimi amilləri misal göstərə bilərik.
Əlaqə nömrəsi: (055) 774 50 53
İnstagram : psixoloq_zuleykha
Züleyxa Əskərova