Praktik psixoloq Günay Kərimi intihar hallarından danışdı
İntihar hallarının yaşanmasında psixoloji faktorlar çox böyük rol oynayır. Əfsuslar olsun ki, son zamanlar intihar hallarının yaşanmasına şahid oluruq. Bəs nədir insanları intiharlara sürükləyən? Bunun bir çox səbəbləri ola bilər. Burda genetik faktorlar, iqtisadi faktorlar, ən çoxda psixoloji faktorlar böyük rol oynayır. İnsanın ən çoxda özünü çarəsiz hiss etməsi, tənha hiss etməsi, ümidsiz hiss etməsi onları intihar etməyə vadar edir. Bəzən də ağır xəstəliklərdən əziyyət çəkən buna dözə bilməyən, bəzən yaşadığı üzləşdiyi problemlərdən çıxış yolu tapa bilməyəm, bəzən qorxu hissi insanların belə yanlış addımlar atmasına gətirib çıxarlr. Əfsuslar olsun ki, son zamanlar xüsusilə də gənclər, yeniyetmələr arasında da intihar halları baş verir. Bu da ən çox valideyin övlad münasibətlərinin düzgün qurulmamasından, valideyindən qorxu, dərdini valideyininə deyə bilməməkdən yaranan çarəsizlik və qorxu hissi onların həyatlarına son vermək qərarını almalarına və intihar etmələrinə gətirib çıxarır. Heç bir halda valideyin övladını alçaltmamalı, ona həm psixoloji, həm də fiziki şiddət göstərməməli, başqaları ilə müqaisə etməməlidir. Əlbəttə ki, heç bir halda yaşanan heç bir çətinlikdə, heç bir situatsiyada intihar etmək çıxış yolu deyil. Unutmayaq ki, hər bir problemin həlli yolu var və Allahın bizə bəxş etdiyi can, yaşadıgımız həyat, aldığımız hər bir nəfəs bizim bu həyattdakı ən böyük sərvətimizdir. Onu qorumaq da bizim borcumuzdur…
Əlaqə nömrəsi: (050) 320 95 81