Diyetoloq Adilə Rafiqqızı: "Qidalanmanın bizə verəcəyi ən əsas faktorlardan biri energetik dəyərdir"
Balanslı və rasional qidalanma nədir?
Balanslı və rasional qidalanma hər bir insanın yaşından, kütləsindən, boyundan, cinsindən asılı olaraq özünə uyğun fərdi hesablanmış və gündəlik mütləq şəkildə almalı olduğu mineral, zülal, vitamin, yağ və karbohidratı özündə əks etdirən qidalanma tərzidir. Qida rasionuna həm heyvani, həm də bitki mənşəli qidalar daxil olmalıdır. Rasional qidalanmada elə qida məhsulları var ki, onları məhdudlaşdırmaq, ən yaxşısı isə rasiondan çıxarmaq lazımdır.
Balanslı qidalanmanın keyfiyyət və kəmiyyət göstəriciləri var. Kəmiyyət deyərkən gündəlik alacağımız enerjini mütləq almalıyıq. Qidalanmanın bizə verəcəyi ən əsas faktorlardan biri energetik dəyərdir. Ona görə hər bir insan kilo almaq və ya kilo vermək niyyətindən asılı olmayaraq müəyyən xəstəliklərdə aldığı diyetlərlə yanaşı gündəlik qəbul elədiyi qidaların balanslı olmasıma diqqət yetirməlidir. Qəbul olunan qidanın enerji dəyəri orqanizmin itirdiyi enerjiyə müvafiq olmalıdır.
Qidalanma kiçik porsiyalarla gündə 5-6 dəfə qəbul edilməlidir.Bu cür qidalanma gün ərzində əhval-ruhiyyəni yaxşı saxlayır və bədən çəkisini normal saxlamağa kömək edir.
Əlaqə nömrəsi: (070) 579 06 45