Müalicəvi massaj mütəxəssisi Könül Quliyeva kifoz xəstəliyindən danışdı
KİFOZ NƏDİR?
Kifoz onurğa sütunun yuxarı hissəsinin normaldan daha yuvarlaq görünməsinə səbəb olan və hər yaşda görülə bilən xəstəlikdir. Onurğa sütununun yandan görünüşü körpəlikdən qocalığa daima dəyişir. Yeni doğulan körpənin onurğa sütunu birinci fəqərədən başlayaraq büzdümə qədər kifotik vəziyyətdə olur, yaş artdıqca əvvəlcə bel nahiyyəsində önə doğru əyilmə (lordoz), daha sonra isə döş nahiyyəsində arxaya doğru əyilmə (kifoz) əmələ gəlir. Beləliklə, onurğa sütunu yandan baxıldığı zaman “S” şəklini alır. Onurğada təbii olaraq yaranmış bu əyriliklər bədənin və başın ağırlığını daşımağa və bədən tarazlığını saxlamağa kömək edir. Döş nahiyyəsində olan əyrilik normaldan daha çox olarsa, bu zaman kifoz xəstəliyi yaranır.
Normal kifoz 20-40 dərəcə arasındadır. Əgər əyrilik 40 dərəcədən çox olarsa, hiperkifoz adlanır.
Kifoz halı qadınlara nisbətən kişilərdə daha çox görülür. Qızlarda yetkinlik dövrü süd vəzlərinin inkişafı ilə bərabər döş nahiyyəsindəki əyrilik də artır. Bu qızların utanması və ya süd vəzlərinin həcminin böyük olması ilə əlaqədar olabilər.
Kifozun - POSTURAL KİFOZ, KONJENİTAL (ANADANGƏLMƏ) KİFOZ, SCHEUERMANN KİFOZ, ANKİLOZAN SPONDİLİT SİNİR ƏZƏLƏ KİFOZ u kimi növləri vardır.
Kifoz dərəcəsinin ölçülməsi və onurğa sütunun ümumi görüntüsü haqqında məlumat almaq səbəbilə rentgen müayinəsi tələb olunur. Arxa-ön və yan qrafiya olmaqla iki görüntü çəkilir. Buna əsasən mütəxəssis həkim fəqərələrdəki anormallıqları təyin edir, kifoz dərəcəsini ölçür. Normalda döş fəqərələrində kifoz 25-40 dərəcə arası dəyişə bilər. Əgər dərəcə 40-dan yuxarıdırsa, bu zaman hiperkifoz diaqnozu qoyulur.
Konservativ müalicə alan xəstələrdə vaxt aşırı rentgen müayinəsi böyük əhəmiyyət kəsb edir, kontrol məqsədilə çəkilən görüntülər daha əvvəlkilərlə müqayisə edilir və əyrilikdə artma olub olmadığı müəyyən edilir. Bu xəstəlikdən əziyyət çəkənlər mərkəzimizə müalicə üçün müraciət edə bilərlər .
Telefon : 055 742 57 76 (Whatsapp) 051 369 1 369