Klinik psixoloq Şəhanə Naxçıvanlı: "Xəstəliklər bədənimizin bizimlə danışmasıdır"
Niyə çox xəstələnirik?
Bədənimiz niyə bu qədər ağrıyır?
İstəyirəm bugün bu mövzuya toxunaq. Baş ağrısı, miqren, boyun, təziq, anidən bayılmalar, ürək tutmaları və daha çoxu. Ağrıların hər biri bədənimizə yığışan, ifadə olunmayan duyğulardır əslində.
İnciklik, küsgünlük, bağışlaya bilməmək, özünü günahlandırmaq, sevgisizlik və s. Yəni hər birinin psixoloji səbəbi var.
Bəs niyə bunları yaşayırıq? Bizi anlayan, dinləyən olmadığı zaman susuruq daha da, qapanırıq. Yaşadığımız bu duyğuları içimizə həbs edirik. Və bu duygular zamanla ağrılar yaratmağa başlayır.
Özümüzü susdurdugumuz bəs etmir. Bu dəfə də, dərmanlarla bədənimizi susdururuq. Yəni həm maddi həm mənəvi əziyyət çəkirik. Ailəmi, yaxınlarımı yoruram deyib sonra da, üzülürük. Ancaq xəstəliklər bədənimizin bizimlə danışmasıdır. Hansısa duyğuların pozulmasından xəbər verir. Onu susdurmaqla yox, ifadə edib paylşaraq azad olub şəfalana bilərik. Son zamanlar bir çox narahatlığın psixoloji dəstəklə aradan qalxdığının şahidi oluruq. Ona görə də bugün hansısa narahatlığın varsa bax gör bədənin sənə nə demək istəyir? Ətrafımla paylaşa bilmirəm məni anlayan, dinləyən yoxdur, ancaq bu yükdən də, azad olmaq istəyirəm deyirsənsə bir mütəxəsisdən dəstək ala bilərsən.
Əlaqə nömrəsi: (070) 309 00 85