MBT və müalicəvi massaj mütəxəssisi Könül Quliyeva skaliozdan danışdı
Skalioz - dayaq hərəkət sistemi xəstəliklərindən biridir. (yəni onurğa əyriliyi) Uşaqlar və gənclərdə daha çox görünməsinə baxmayaraq yaşlı insanlarda da osteaporoz və degenerasiya səbəbi ilə skolioz müşahidə olunur. Normal onurğa sütununa arxadan yəni, kürək hissədən baxanda yuxarıdan aşağıya düz xətt üzərində uzanır. Yandan baxanda isə boyunda önə, döş hissədən arxaya, beldən önə və omadan isə arxaya doğru fizioloji anatomik quruluş olaraq normal sayılan əyriliyə malikdir.
Skoliz xəstəliyi olan onurğa sütununda isə sağ və sol yana əyilmələr müşahidə olunur. Skaliozun ən kəskin formaları isə "S" və "C" varı skaliozlardır. Vaxtinda müalicə olunmayan əyriliklər ürək, ağciyər və s. orqanlara təzyiq edərək ciddi fəsadlar yarada bilər.
Skaliozun əlamətləri və simptomları.
Skaliozun əlamətləri:
*çanaq və çiyinlərin hündürlüyünə görə fərq
*bədanin sağ və ya sol tərəfə əyilməsi
*bədən tarazlığının pozulması
*bud çanaq oynağının digərinə nisbətən yuxarı olması.
Simptomları: bel və kürəkdə ağrılar, ayaqlarda ağrı, uyuşmalar, zəiflik, halsızlıq, nəfəs almaqda cətinlik, tez yorulmalar və s.
Əlamətlərinə görə Skaliozun yeni təsnifata görə 7 dərəcəsi mövcuddur lakin, klassik yeni köhnə təsnifata görə 4 dərəcəyə bölünür:
I - 0° - 10° arası
II - 11°- 25° arası
III - 20° - 40-45° arası
IV - 45° və üstü
Vaxtınd aşkarlanan Skalioz müalicə olunaraq onurğa problemini bərpa etmək mümkündür. Bunun üçün düzgün mütəxəssislərə müraciət etmək lazımdır. Həftənin beş günü ödənişsiz müayinə üçün mərkəzimizə aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlamaqla müraciət edə bilərsiz.
Əlaqə nömrəsi: (055) 742 57 76