Praktik psixoloq Günay Kərimi doğuşdan sonrakı depressiyalardan danışdı
Doğuş qadınların həyatında bir dönüş nöqtəsidir. Bu hal çox qadınlarda həm fiziki dəyişikliklərə, həm də psixoloji problemlərin yaranmasına gətirib çıxarır. Ümumiyyətlə isə ana olmaq hissi çox gözəl bir hisdir. Çox az qadın olar ki, bu duyğunu yaşamaq istəməsin. Əslində hamiləlik zamanı heç bir qadın depresiya haqqında düşünmür. Lakin bəzi hallarda neyinki hamiləlikdən sonra elə hamiləlik zamani da qadınlarda depresiya halları müşahidə olunur. Bu da əlbəttə ki, hamiləlik müddətinin yaxşı keçməməsinə gətirib çıxarır. Doğuş sonrası isə demək olar ki, hər beş anadan biri doğuş sonrası depresiyaya düşür. Bu çox zaman hormonlarda olan dəyişikliklərlə bağlı olur və doğuş sonrası yaranan depresiyalar hardasa doğuşdan bir ay , üç həftə sonra özünü göstərməyə başlayır. Hamiləlikdən sonra da altı ay və ya bir il müddətində dəvam edir. Depresiyanın dərinliyi, ona olan meyl insanın xususiyyətlərindən, və xarakterindən asılıdır. Ailədə kidayət qədər sevgi görməyən qadınlar buna daha çox meyillidirlər. Adətən erkən yaşda ana olan qadınlarda da doğuş sonrası depresiyaya daha neyilli olurlar. Uşaga baxa bilməyəcəm düşüncəsi uşağa hər an nəsə olacaq kimi düşuncələrdə olurlar və bu düşüncələr də özünəqapanmaya, əhval ruhiyyənin kəskin dəyişməsinə gətirib çıxardır. Doğuş sonrası depresiya yaşayan qadınlara ən böyük dəstək həyat yoldaşları və sevdikləri, ailələri tərəfindən olmalıdır. Doğuş sonrası qadınlarda əsəbililik, ümüdsizlik, istəksizlik, sıxıntı, adaptadiya ola bilməmə, uşağa olan həvədin itməsi halları depresiya əlmətləridir.
Əlaqə nömrəsi: (050) 320 95 81