Praktik psixoloq Günay Kərimi: "Bəzən valideyinlər övladlarının artıq böyüdüyünü qəbul edə bilmirlər"
Yeniyetməlik dövrü uşaqlıqdan yetkinliyə doğru olan bir keçid dövrüdür. Əlbəttə ki, bu dövrün özünə məxsus çətinlikləri olur. Hətta ən çox problemlər bu dövrdə özünü göstərir. Yeniyetmələrdə həm hormonal, həmdə emosinol dəyişikliklər olur. Bu dövrdə yeniyetmə formalaşmağa, özünü tapmağa, özünü tanımağa, sosial əlaqlərini düzgün qurmaga, gələcək məqsədlərini təyin etməyə, cinsi şəxsiyyətini qazanmaga çalışır. Bu dövrdə yeniyetmələr ətraf insanlarla ünsiyyəy qurmaqda çətinliklər yaşayırlar, ünsiyyətdən qaçirlar, təkliyə meyl edirlər, depresiyaya düşə bilirlər, əhval-ruhiyələri tez-tez dəyişə bilir, komplekslər yaşaya bilirlər. Burda ən böyük məsuliyyət və səbr valideyinlərin üzərinə düşür. Onlar yeniyetməlik dövrü yaşayan ovladlarının özünü tapmasında, onun bir şəxsiyyət kimi doğru formalaşmasında, yanında olmaqdır onu başa düşməkdir. Bəzən valideyinlər övladlarının artıq böyüdüyünü qəbul edə bilmirlər, təyin edə bilmirlər, onlara kiçik uşaq kimi davranırlar. İstəklərini, fikirlərini qəbul etmirlər. Bu zamanda valideyinlərlə övladlar arasında problemlər yarana bilir. Çünki valideyinin istəyi ilə yeniyetməliyin inkişafi ziddiyət təkil etdiyinə görə ən çox ailələrində, valideyinlərlə aqresiyalar yaşaya bilirlər. Ancaq yeniyetmələrin bu dövrdə müstəqil davranmağa ehtiyacları olur. Ona görədə valideyinlər uşaqları ailəlribdən uzaqlaşmasınlar, başqa lazımsız qruplara qoşulmasınlar deyə onlara yaxln olmalıdılar, onları anlamalıdılar, bəzi sərhədləri, qaydaları, qerarları onlarla birlikdə verməlidilər. Peşə seçimində övladlarına dəstək və kömək olmalıdılar və əlbəttə ki nəzarətda saxlamaq şərtiylə müstəqilliklərinə də mane olmamalıdılar.
Valideyin bilməlidir ki, vaxt keçdikcə yeniyetmə öz inkişafını tamamlayacaq və artıq həssaslıq göstərdiyi mövzulara artıq məhəl verməyəcək. Ona görədə valideyin bu dövrdə övladının yanında olmalı hər şeydən əvvəl də səbirli olmalıdır.
Əlaqə nömrəsi: (050) 320 95 81