Xərçəngin 3 əsas SİMPTOMU
Xərçəng hiyləgər xəstəlikdir və əksər hallarda uzun müddət ərzində simptomsuz inkişaf edir. Digər tərəfdən xərçəngin simptomları bir çox hallarda digər xəstəliklərin simptomları ilə qarışdırılır ki, bu da diaqnozun vaxtında qoyulmasına mane olur.
Mütəxəssislər əksər xərçəng xəstəliklərinə xas olan 3 simptom təyin ediblər.
Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bu simptomlar səbəbsiz yorğunluq, ani zəiflik və bədən çəkisinin səbəbsiz olaraq azalmasından ibarətdir.
Mütəxəssislər qeyd olunan simptomlar meydana çıxdıqda vaxt itirmədən həkimə müraciət etməyi tövsiyə edirlər.