Hazırda Azərbaycanda qrip virusunun olması təsdiqlənməyib - Səhiyyə Nazirliyi
Hazırda Azərbaycanda qrip virusunun olması təsdiqlənməyib.
Bunu çərşənbə axşamı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin rəsmi "İnstagram" hesabında canlı yayımda çıxışı zamanı deyib.
O qeyd edib ki, qripə yoluxan şəxslər əksər hallarda xəstəliyi yüngül keçirsə də, qripdən ölüm halları da olur.
"Qrip həyat üçün təhlükəlidir və qripdən ölüm halları da var. Koronavirusla müqayisədə daha az olsa da, buna rast gəlinir. Qrip bütün yaş qrupunda rast gəlinən xəstəlikdir. Bu səbəbdən etinasız yanaşılmamalıdır. Qrip və koronavirusa yoluxması ehtimal edilən şəxslərdən götürülən test nümunələri yoxlanılıb və heç bir nümunədə qrip virusu aşkar edilməyib. Xəstələnən şəxslər kəskin respirator virus infeksiyalarına yoluxurlar", - deyə o əlavə edib