Praktik psixoloq Günay Kərimi: "Cinsi zəifləmə orqanikdirsə, həkimə müraciət olunmalıdır"
İnsanlarda cinsi həvəsin zəifləməsi dövrümüzdə yayılmış mühüm problemlərdəndir. Depresiyalar, gərginlik, stres, yorğunluq, hormonal pozğunluqlar, cinsi həyata uzun müddətli fasilə vermək, zərərli vərdişlər və s. Libidonun (cinsi həvəs) zəifləməsinə səbəb ola bilir. Əsasən insanlarda cinsi həvəsin zəifləməsinə daha çox psixoloji amillər səbəb olurlar, nəyinki xəstəliklər. Əgər cinsi zəifləmə orqanikdirsə, bu halda, əlbəttə ki, həkimə müraciət olunmalıdır. Əgər hər şey qaydasındadırsa, xəstədə orqanik patalogiya yoxdursa artıq psixoloji problemlərdən irəli gələn səbəblərdəndir. Dövrümüzdə boşanmalara yol açan səbələrdən biridə cütlüklərin cinsi həyatlarından məmnun olmamasıdır. Partnyorlar arasında doğru ünsiyyətin qurulmaması , bu halın davamlı hal alması da onların cinsi həyatına mənfi təsir edə bilir. Qadınlarda isə mədəni, əxlaqi, dini səbəblırdən bəzi qadınlar cinsi istəklərini tam üzə çıxara bilmirlər. Bu isə zaman keçdikcə cinsi istəyin azalmasına səbəb ola bilir. Eləcə də hamiləlik qorxusu və ya doğuşdan sonra yaranan problemlər və ya hamiləlik və əmzirmə dövrünndə də bədəndə baş verən hormonal dəyişikliklər səbəbibi ilə bədəndəki dəyişikliklərdən yaranan mənfi duyğular yorğunluq, yuxusuzluq da cinsi istəyin azalmasına yol aça bilir. Hər bir halda əgər cinsi həvəsin zəifləməsi və ya cinsi həvəsin olmaması, aversiya hallari (seksual planda tam iyrənmə halları) kökündə psixoloji səbəblər durusa mütəxəssisə müraciət etmək yaranan problemləri, qorxuları aradan qaldırmaq, insanda özünə inam, ozünə güvən hissini yaratmaq lazımdır.
Əlaqə nömrəsi: (050) 320 95 81