Loqoped, Beynəlxalq təlimçi, therapist Aynur ə Hüseynli “Dislaliya” haqqında danışdı
Dislaliya mərkəzi sinir sisteminin və ya eşitmə orqanlarının zədələnməsi ilə əlaqədar olmayan nitq səslərinin tələffüz pozuntusudur.
Dislaliliyanın yaranma səbəbləri: mexaniki və funksional.
Mexaniki dislaliyada yanlış səs tələffüzünün əsasında periferik artikulyasiya aparatının (dil, dodaqlar, dişlər, çənələr) üzvi defektləri dayanır. Dil və dodaqların quruluşunun dislaliyaya gətirən anomaliyalarına daha çox dil və üst dodaq yüyəninin qısalığı səbəb olur, nisbətən az – makroqlassiya (irihəcmli dil), mikroqlassiya (ensiz, kiçik dil), yoğun, azhərəkətli dodaqlar.
Funksional dislaliya zamanı artikulyasiya aparatının quruluşu dəyişməz qalır. Bu halda dislaliyayanın səbəbi sosial və ya bioloji faktorlarla əlaqədardır.
Dislaliya özünü bir çox hallarda biruzə verir.
Dislaliya zamanı tələffüs qüsurları özünü səslərin buraxılması, əvəz edilməsi, yerdəyişməsi və təhrif olunması kimi biruzə verir.
Səsin buraxılması dedikdə, bu və ya digər hallarda (sözün əvvəlində, ortasında və sonunda) səsin tamamilə düşməsi nəzərdə tutulur.
Səsin əvəz edilməsi – doğma dilin fonetik sistemində mövcud olan bir səsin digəri ilə əvəz olunmasıdır.
Əgər uşaq düzgün tələffüs olunmuş iki səsi nitq zamanı daim səhv salırsa (ya yerli, ya da yersiz istifadə edirsə), bu, səslərin yerdəyişməsindən xəbər verir.
Səslərin təhrif olunması doğma dilin fonetik sistemində möcud olmayan səslərin istifadə olunmasıdır və buna adətən, mexaniki dislaliya zamanı rast gəlinir.
Dislaliya korreksiyası üçmərhələli iş üzrə aparılır: hazırlıq mərhələsi, ilkin tələffüz vərdişlərinin formalaşdırılması mərhələsi və kommunikativ vərdişlərin formalaşdırılması mərhələsi.
Sadə dislaliya üzrə məşğələlər 1-3 ay, mürəkkəb dislaliya üzrə isə 3-6 ay təşkil edir.
Son olaraq bunu da qeyd edim ki, bu müddət ortalama alınan nəticələrdir. Uşağın sağlamlığından, ailənin tapşırıqları etməsindən və s. çox şey asılıdır.
Əlaqə nömrəsi: (050) 472 39 09