Terapist Aynur Hüseynli "Dislaliya" haqqında danışdı
Dislaliya mərkəzi sinir sisteminin və ya eşitmə orqanlarının zədələnməsi ilə əlaqədar olmayan nitq səslərinin tələffüz pozuntusudur.
Dislaliya zamanı tələffüzdə səslərin buraxılması, əvəz edilməsi, yerdəyişməsi və təhrif olunması özünü göstərir.
Dislaliya 2 qrupa bölünür: mexaniki və funksional.
Dislaliyanın yaranma səbəbləri.
Mexaniki dislaliyanı şərtləndirən anotomik problemlər anadangəlmə xarakter daşıya və yaxud da diş-çənə sisteminin xəstəlik və travmalarındam yarana bilər.
Funksional dislaliyanın yaranması bioloji və sosial faktorlarla əlaqədardır.
Dislaliyanın korreksiyası:
Dislaliyanın korreksiyası üç mərhələli iş üzrə aparılır: hazırlıq mərhələsi, ilkin tələffüz vərdişlərinin formalaşmaşdırılması və kommunikativ vərdişlərin formalaşdırılması mərhələsi.
Dislaliyanın korreksiyasl üzrə məşğələlər müntəzəm olaraü aparılmalı, həmçinin, loqopedin tapşırıqları evdə mütləq edilməlidir.
Sadecə dislaliya üzrə məşğələlər ortalama 1-3 ay, mürəkkəb dislaliya üzrə isə 3-6 ay təşkil edir.
Əlaqə nömrəsi: (050) 472 39 09