Uzman pediatr Aysel Məcidovadan "Bahar allergiyası"ı ilə bağlı dəyərli məsləhətlər
Bahar mövsümünün gəlməsi ilə bərabər bahar allergiyası və bənzəri allergik xəstəliklərin artması müşahidə edilir. Bahar allergiyalarının başlıca mənbəyi çiçək tozları, yəni polenlərdir. Ağac polenləri daha çox Mart-Aprel aylarında yayıldığı halda, ot polenləri Avqust-Sentyabr aylarında görülür. Bitkilərin havaya saçdığı polenlər külək vasitəsi ilə 500km məsafəyə qədər yayıla bilir. Uşaqlarda polen allergiyaları mövsümü təkrarlayan olmaqla, burun axıntısı, burunda qaşıntı, asqırma, öskürmə, gözlərdə qızarıqlıq, qaşıntı, boğazda qaşıntı hissi şəklində özünü göstərir. Ailəsində allergiya əlamətləri olan uşaqlarda bu şikayətlərin görülmə sıxlığı bariz olaraq çoxdur. Mövsümi allergiyası olan uşaqlar daimi olaraq burun silmək istəyirlər. Özəlliklə uşaqlarda əlinin içi ilə burunu yuxarı çəkərək silmə və buna bağlı burun ucunda cizgilənmə müşahidə edilir. Bu uşaqlarda göz altları əsasən mavi-bənövşəyi rəngə çalır. Gündüzlər burun axması, gecələr isə tam tərsi burun tıxanıqlığı müşahidə olunur. Bu da yuxu pozğunluqlarına səbəb ola bilər. Gündüzlər təkrarlayan asqırma, burun axıntısı, gözlərdə yanma,qızarıqlıq və qaşıntı uşaqların konsentrasiyasını pozur və məktəb uğurlarının azalmasına səbəb olur. Bundan əlavə bahar polenləri uşaqlıq çağı astma xəstəliyinin aktifləşməsinə səbəb ola bilər.
Xəstəliyə necə diaqnoz qoyulur? Xüsusilə ana-atalarında allergiya şəkayətləri olan uşaqlarda klinik müayinə, allergiya dəri testləri, qan təhlilləri ilə diaqnoz dəqiqləşdirilir.
Xəstəliyin müalicəsi necə aparılır? Ən təsirli müalicə ilk növbədə allergiyaya səbəb olan allerjenin təyin edilərək ondan qorunmaqdır. Ancaq hər zaman bu mümkün deyil. Və bu hallarda allergiya əleyhinə dərman müalicəsi başlanmalıdır.
Polen allergiyası diaqnozu dəqiqləşdirilən uşaqlarda nələrə diqqət edilməlidir?
-Polenlərin daha çox olduğu səhər saatlarında, küləkli havalarda açıq havaya çıxmamalı və ya səhər saatlarında otaq havalandırılmamalıdır.
-Açıq havaya çıxarkən şapka və gözlük taxılmalıdır.
-Bayırda geyinilən paltarlar evə gəlincə dəyişdirilməlidir.
-Yatmazdan əvvəl duş qəbul edilməlidir.
-Evdə toz toplayan xalça, palaz götürülməli, pərdə, yastıq-yorğan tez-tez yuyulmalıdır.
Əlaqə nömrəsi: (070) 574 33 32