Doğulan hər 3 min uşaqdan biri eşitmə qüsurludur
“Qız uşaqları oğlanlara nisbətən daha tez danışmağa başlayır. Gec danışan uşaqlarda ilk növbədə qulağın eşitməsi yoxlanılmalıdır".
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti pediatr Əkbər Quliyev deyib.
Həkim bildirib ki, yeni doğulan uşaqlar mütləq skrininq testlərdən keçirilməlidirlər:
"Ümumiyyətlə uşaqlarda 2 yaşına qədər danışma gecikməsi ola bilər. Həmin dövrə qədər tək-tək sözləri hecalarla deyirlərsə, deməli uşaq qarşıdakı zamanlarda danışacaq.
Əgər uşaq çox gec danışırsa, ilk olaraq eşitmə problemlərindən şübhələnirik. Buna görə də yeni doğulanlarda eşitmə testi aparılır".
Onun sözlərinə görə, doğulan hər 3 min uşaqdan biri eşitmə qüsürlu olur.