"Omikron" və "delta" hibridinə yoluxma COVID-19-un daha ağır formasına səbəb olmur - ÜST
Koronavirusunun “omikron” və “delta” rekombinant ştammları ilə yoluxma epidemioloji mənzərənin və koronavirusun ağırlıq dərəcəsində dəyişməsinə səbəb olmur.
Bu barədə öz "Twitter" səhifəsində ÜST-ün COVID-19 üzrə Texniki Qrup rəhbəri Mariya Van Kerkxove bildirib.
"Bu rekombinant haqqında xəbərdarıq. Bu, "Delta" AY4 və "Omikron" BA.1 [koronavirus stammlarının] birləşməsidir", - deyə o yazıb. Qrup rəhbəri vurğulayıb ki, dünyada belə infeksiyanın “aşkarlanma səviyyəsi” “çox aşağıdır”:
"Bu rekombinanta yoluxma zamanı epidemiologiya və xəstəliyin (ağırlıq dərəcində) hər hansı bir dəyişiklik görmədik, lakin bir çox araşdırmalar hələ də davam edir".