Funksional tibb Diyetoloqu Ramilə İmanovadan "qızıl" kimi məsləhət...
Bitki çayları sağlam qidalanmanın ayrılmaz hissəsidir. Diyet zamanı iştahı nəzarətdə saxlamaq şərtdir. Qida qəbulundan sonra yaranan aclıq krizlərini bitki çayları içməklə atlatmaq olar.
Metabolizmanı gücləndirən çaylar:
Yaşıl çay: Güclü antioksidantdır,orqanizmdən toksinlərin atılmasına kömək edir.Tərkibində olan kafein sayəsində metabolizmanı %4’ə qədər artırdığı sübut olunmuşdur.İştahı azaldır,həzmə kömək edir.
Mate yarpağı çayı: Tərkibində olan kafein sayəsində metabolizmanı gücləndirir,iştahı azaldır.Enerji mənbəyidir,ödəm atıcıdır.
Oolong çayı: Güclü antioksidantdır.Tərkibində olan polifenol adlı maddə sayəsində qan şəkərini aşağı salır.
Bəyaz çay: Yağların parçalanmasına dəstək verir.
Razyana çayı: Güclü antioksidantdır,ödem atıcıdır.Həzmə dəstək verir,bağırsaq sağlığına müsbət təsir edir.İştahı azaldır.
Zəncəfil çayı: Qan dövranını yaxşılaşdırır,həzmə,qəbizliyə müsbət təsir edir.Uzun müddət toxluq hissi yaradır.
Darçın çayı: Həzmsizliyə,mədə ağrılarına qarşı istifadə edilir.İştahı azaldır.Şirniyyat krizlərinin qarşısını alır.
Cəfəri dəmləməsi: Güclü antioksidantdır,ödem atıcıdır.
Metabolizma gücləndirən çayların bir çoxunun tərkibində kafein vardır. Bunu görədə bitki çaylarını həddindən çox içmək olmaz. Bundan əlavə müalicə məqsədiylə içilən bir çox dərmanlar bitki çayları ilə birlikdə içilərsə təsirini itirə bilər.
Gün ərzində 2-3 fincan bitki çayı içməkdə fayda vardır.
Sağlam qalın!!!
Əlaqə nömrəsi: (055) 341 99 06