Funksional tibb Diyetoloqu Ramilə İmanova: " Sağlam qidalanaraq hüceyrə sağlığını qorumaq mümkündür"
Xərçəng orqanizmdə hüceyrələrin nəzarətsiz bir şəkildə çoxalması nəticəsində yaranan bir xəstəlikdir. Sağlam qidalanaraq hüceyrə sağlığını qorumaq mümkündür.Mütamadi olaraq fiziki aktivliklə məşğul olmaq xərçəng riskini 30% azaldır.
BKİ 40’dan yüksək olan kişilərdə 52%, qadınlarda 62% xərçəngə bağlı ölüm riskinin artdığını göstərən bir çox araşdırmalar mövcuddur.
Artıq BKİ artdıqca xərçəng riskinin artması sübut olunmuşdur.
Xərçəng zamanı hansı qida alışqanlıqları həyat tərzinə çevrilməlidir?
- Rasionda mütləq bol mövsümü meyvə və tərəvəzlər olmalıdır.
- Yağ miqdarı 15% qədər azaldılmalıdır.
- Alkol qəbulundan uzaq durulmalıdır.
- Duz miqdarını olduqca azaltmalı.
- Tam taxıllar,paxlalılar rasiona əlavə olunmalıdır.
- Rafinə şəkər,paket qidalar,un və un məmulatları rasiondan tam çıxardılmalıdır.
- Qırmızı ət qəbulu maximum həftədə 1 dəfə olmalıdır.
- Hər gün 2-3 litr maye,ən az 30 dəq fiziki aktivlik şərtdir!
Xərçəng riskini azaldan qidalar
- Kələm, brokoli, gül kələmi, brüksel kələmi.
- Yaşıl çay, kefir, sarıkök, qırmızı bibər, zəncəfil, bibəriyə, çörəkotu.
- Avokado,nar,kokos,greyfrut
- Cərəzlər,yağlı toxumlar.
- Omega-3 zəngin balıqlar.
Əlaqə nömrəsi: (055) 341 99 06