Şəkər xəstəliyindən əziyyət çəkən uşaqların sayı artıb
"Azərbaycanda şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqların sayı artıb".
Bunu Respublika Endokrinoloji Mərkəzin baş həkimi Babək Salek Qənnadi jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ötən ilin sonunda ölkədə qeydiyyata alınan şəkərli diabetli uşaqların sayı 1856 idisə, hazırda bu say 2000-i keçib: "Həmin uşaqların 1100-ü Respublika Endokrinologiya Mərkəzində, qalanları isə rayon xəstəxanalarında qeydiyyatdadır. Həmin uşaqlar insulinlə təmin olunur".