Uşaqlar arasında yoluxma ARTIB
Son vaxtlar uşaqlar arasında tənəffüs yollarında virus infeksiyalarına yoluxmada artım müşahidə edilir. Bunu Modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin ekspert mütəxəssisi, baş pediatr Erkin Rəhimov bildirib.
Onun sözlərinə görə, uşaqlar həkimə öskürək, qızdırma ilə gətirilirlər:
“Bunu təkcə öz təcrübəmdən demirəm, ətrafımdakı həkimlərlə söhbət zamanı da şahid oluram. Virusa yoluxma halında artım müşahidə edirik”.
Baş pediatr pandemiyadan öncə də bu kimi halların mövcud olduğunu qeyd edib:
“Hər il qış aylarına doğru, havalar soyuduqca uşaqlarda bu kimi hallara tez-tez rast gəlirik. Bu virus infeksiyalar mövsümi qripdir. Bu il də uşaqlar arasında virusa yoluxanların sayında artım var”.