Ruhiyyə Rüstəmova Ailə və Uşaq psixoloqu. Məşhur və ən yeni metod olan Кросс-Коучинг (Cross-Coaching) - çətin tərbiyyə olunan yeniyetmələr və onların valideynləri ilə iş metodunun ilk təlimçisi.
Şizofreniya nədir?
İnsanın əhval-ruhiyyəsindəki, duyğu və düşüncəsindəki dəyişikliklər və davranışa əks olunması kimi təyin edilə bilər. Düşüncə,qavrama,emosiya,iradə,davranış kimi psixi sferaların pozuntusu şəklində özünü göstərən,lakin müalicəyə tabe olan prosessual psixi pozuntudur.
Şizofreniya xəstələri başqaları tərəfindən idarə olunduqlarını hiss edirlər. Başlarında özləri olmayan səslərlə idarə olunduqlarını hiss edir, düşüncələrinin idarə olunduğunu düşünür və hiss edirlər.
Xəstəlik çox zaman gənc yaşlarda yaranır və bütün həyatı boyu psixotik simptomlarla müşahidə olunur.Kişilər üçün bu xəstəliyə tutulmanın yaş həddi 15-25 yaş,qadınlar üçün isə 25-35 yaş hesab olunur.Bundan əlavə qadınlar arasında menopauzadan öncə 40-45 yaş arası xəstəliyə tutulmanın ikinci pik səviyyəsi müşahidə olunur.
Başlıca psixopataloji simptomatika aşağıdakılardan ibarətdir
Fikrin əks olunma hissiyatı
Yad fikirlərin toplanması və ya öz fikrinin oğurlanması
Fikrin müəyyən məsafəyə ötürülməsi
Sayıqlama xarakterli qavrayış, kənardan nəzarət sayıqlaması
3-cü şəxs tərəfindən xəstəni şərh və ya müzakirə etmə şəklində eşitmə hallüsinasiyası
Ailə üzvlərinizdə və ya yaxınlarınızda bu kimi əlamətlər gördükdə mütləq psixoloqa və psixiatra müraciət edin
Ruhiyyə Rüstəmova Ailə və Uşaq psixoloqu. Məşhur və ən yeni metod olan Кросс-Коучинг (Cross-Coaching) - çətin tərbiyyə olunan yeniyetmələr və onların valideynləri ilə iş metodunun ilk təlimçisi.
Əlaqə nömrəsi: (070) 204-02-07