Ruhiyyə Rüstəmova Ailə və Uşaq psixoloqu. Məşhur və ən yeni metod olan Кросс-Коучинг (Cross-Coaching) - çətin tərbiyyə olunan yeniyetmələr və onların valideynləri ilə iş metodunun ilk təlimçisi.
Cinsi meylin zəifləməsi – hiposeksuallıq depressiyalarda, şizofreniya xəstəliyinin bir sıra kliniki formalarında, mərkəzi sinir sisteminin orqanik pozuntularında, nevrasteniya zamanı və digər patoloji hallarla əlaqədar meydana çıxa bilər.
Cinsi zəifliyin bir çox tibbi-psixoloji səbəbləri vardır. Burda estrogen və androgen(kişi və qadın hormonları) hormonlarının çatışmazlığı, menopauza, hamiləlik, hamiləlik sonrası dövr, kemoterapiya və radyoterapiya, nevroloji xəstəliklər, ürək-damar problemləri, şəkər xəstəliyi, bəzi psixotrop və antidepressiv dərmanlar və eyni zamanda psixoloji, sosial səbəblər xüsusi yer tutur.
Yəni hər durumda psixoloji yardım göstərilməlidir.
Cinsi meylin zəifləməsi psixoloji səbəbləri:
- İnsanın uşaqlığında və ya yeniyetməlik dövründə cinsi travmaya, sarsıntıya məruz qalması.
- Seksə qapalı, cinsi mövzulara qapalı, cinsəlliyi ayıb, günah və qəbahət sayan bir mühitdə böyümək.
- Cinsi özündərkin formalaşmaması
- Cinsi bilgi çatışmamazlığı.
-Yanlış bilgilər, səhv düşüncələr.
- Həyat yoldaşından(partnyorundan) utanmaq və onunla cinsi ünsiyyətin olmaması.
-Qohum evliliyi.
- Hamilə qalmaqdan qorxmaq.
- Depressiya.
- Cinsi təcrübəsizlik.
- Qeyri-münasib mühit.
- Özünə güvənin çatışmaması, əskikliyi.
Bu problem üz-üzə danışılaraq həll edilir. Bu terapiyada bir çox məsləhətlər verilir, problemin öhdəsindən gəlinə biləcək təlimatlar verilir.
Pasientlərin özlərinə tövsiyyələrimiz bu olur ki, stress yaradan amillərdən uzaq olsunlar. Ardıcıl olaraq fiziki gimnastikalar etsinlər. Yuxusuzluq və anormal həyat tərzi yaşanırsa mütləq bu hallar aradan qaldırılmalıdır. Qidalanmaya fikir verməlidirlər.
Bu xəstəliklərin müalicəsi zamanı bizim də yardımçı müalicəvi seanslarımız çox rol oynayır. Çünki bu xəstəliklərin də böyük əksəriyyəti psixoloji faktorların üzündən, stress, qorxu, həyəcanlardan qaynaqlanır.
Əlaqə nömrəsi: (+994) 70-204-02-07