Ruhiyyə Rüstəmova Ailə və Uşaq psixoloqu. Məşhur və ən yeni metod olan Кросс-Коучинг (Cross-Coaching) - çətin tərbiyyə olunan yeniyetmələr və onların valideynləri ilə iş metodunun ilk təlimçisi.
Davranış pozuntusunun əsas xüsusiyyəti təkrarlayıcı və qalıcı davranış modelləridir ki,burada başqaların haqqları yaxud şəxsin yaşına uyğun sosial normaları pozulur.
Bu davranışlar dörd əsas qrupa bölünür:
Yaşa uyğunluq: Hər inkişaf dövrünün özünə məxsus davranışları var.
Buna görə, uşağın inkişaf dövrünün xüsusiyyətlərini yaxşı bilmək lazımdır. Məsələn: 2 yaşındakı uşaq aqressivdir, hərəkətlidir və istəniləni etmir, özü istəməsə altının dəyişdirilməsini istəmir, öpülməkdən imtina edir.
3-5 yaşlı uşaqlar diqqəti cəlb etmək istəyirlər. Xəyal dünyası çox geniş olduğundan inanılmaz hekayələr danışa bilir. Hələki yalanla yalan olmayanı fərqləndirə bilmirlər. Bu səbəbdən bu yaşda uşaqların danışdıqlarını yalan hesab edilmir, lakin 11-14 yaşlı uşaqlarda görülən yalan normaldan uzaq bir davranış hesab edilir.
İntensivlik: Bir davranışın pozuntu olaraq qəbul edilməsindəki 2-ci meyar intensivlikdir. Məsələn: 5 yaşındakı uşağın hirs və aqressiyası normaldırsa, bu davranış başqasına fiziki zərər vermə şəklinə dönürsə, davranış pozuntusu kateqoriyasına daxil olur.
Davamlılıq: Uşağın müəyyən bir davranış növünü qərarlı bir şəkildə və uzun müddət davam etdirməsidir.
Cinsi rol gözləntiləri: Oğlanların qızlara nisbətən daha aqressiv olması gözlənilərkən, davranışları ilə oğlanlara bənzər təcavüzkar davranan qızların davranışları normadan kənara çıxan davranış kateqoriyasına daxil olur.
Ümumi olaraq davranış pozuntularının səbəbləri:
Diqqət çəkmək
Valideynlərə qarşı güc qazanmaq istəyi
İntiqam almaq arzusu
Yetərsizlik
Davranış pozuntusu olan uşaqlarla ünsiyyət necə qurulur?
Qarşılıqlı hörmət
Uşağa zaman ayırmaq
Cəsarətləndirmə
Sevgini ifadə etmək
Ruhiyyə Rüstəmova Ailə və Uşaq psixoloqu. Məşhur və ən yeni metod olan Кросс-Коучинг (Cross-Coaching) - çətin tərbiyyə olunan yeniyetmələr və onların valideynləri ilə iş metodunun ilk təlimçisi.
Əlaqə nömrəsi: (+994) 70-204-02-07