Dietoloq-Nutrsioloq Aynur Rəhimovadan dəyərli məsləhətlər.
NƏ ÜÇÜN QLİSEMİK İNDEKSİ AZ OLAN QİDALARI YEMƏLİ, YÜKSƏK QIİSEMİK İNDEKSLİ QİDALARDAN UZAQ DURMALIYIQ?
Qlisemik indeksi az olan qidalar qəbul etdikdə uzun müddət enerjili və tox qalacağıq, enerjimiz tükənməyəcək. Orqanlarımız daha yaxşı işləyəcək, maddələr mübadiləmiz və immunitetimiz güclənəcək. Yüksək qlisemik indeksli qidalar qəbul etdikdə qan şəkərimiz və insulin hormonumuz yüksələcək. Tez bir zamanda doyub tez bir zamanda aclıq hissi duyacağıq. Bədənimizin enerjisi tezliklə tükənəcək, maddələr mübadiləmiz və immunitetimiz zəifləyəcək. Nəticədə, kilo alacağıq və bir çox xəstəliklərin təməli atılacaq. Qlisemik indeks qan şəkərinizə əsaslanan karbohidrat tərkibli qidaları təyin etməyə imkan verir.
Gec həzm olunan və qan şəkərini yavaşca artıran qidalar aşağı qlisemik indeks dəyərlərinə malikdir.
Qlisemik indeks enerji və qan şəkəri səviyyəsini qorumağa kömək edir. Eyni miqdarda karbohidrat ehtiva edən iki fərqli qidada fərqli qlisemik indeks dəyərləri ola bilər.
Sayı nə qədər az olsa, qidanın qan şəkərinə təsiri bir o qədər azdır.
QLİSEMİK İNDEKSİ AŞAĞI OLAN QİDALAR
Bulqur, ətlər, balıqlar, yumurta, pendir, qatıq, ayran, süd, badımcan, kabak, kələm, brokoli, bibər, pamidor, xiyar, göyərti, təzə yaşıl lobya, turp, mərci, noxud, lobya, badam, qoz, alça, şaftalı, qreyfrut, giləmeyvələr, çiyələk, alma, armud.
Diqqət! Qlisemik indeksli az olan qidaları böyük porsiyalarda yesəniz , "yüksək qlisemik yük" adlandırılan yüksək dəyərlər ortaya çıxar.
YÜKSƏK QİLİSEMİK İNDEKSƏ SAHİB OLAN QİDALAR:
Çörək (hansı növ olduğundan asılı olmayaraq )
Şəkər tozu ilə hazırlanmış bütün qidalar.
Makaron, vermeşil, düyü, un məmulatları, patlamış qarğıdalı (popkorn)
Əlaqə nömrəsi: (055) 562 42 22