Ailə və uşaq psixoloqu, məşhur və ən yeni metod olan Kross-Kouçinq – çətin tərbiyyə olunan yeniyetmələr və onların valideynləri ilə iş metodunun ilk təlimçisi Ruhiyyə Rüstəmova: “Fobiyalı həyəcan və depressiya çox hallarda müştərək olur"
Təşviş pozuntularının etiologiyasında bioloji, psixoloji, sosial faktorlar aparıcı rol oynayır. Genetik tədqiqatlar göstərir ki, sağlam insanlarla müqayisədə təşviş pozuntularından əziyyət çəkən insanların nəslində bu xəstəliyə rastgəlmə ehtimalı beş dəfə çoxdur. Eyni zamanda, təşviş pozuntularını yaradan spesfik genlər aşkarlanmayıb. Tədqiqatlar göstərir ki, bu xəstəliyin yaranmasına valideynlər tərfindən göstərilən qayğı və emosional münasibətin azlığı da səbəb ola bilər. Həmçinin uşaq, uşaq yaşlarında baş vermiş real və güman edilən "təhlükəli" hadisələr də təşviş pozuntularının risk faktoru sayıla bilər. Bu kimi hallar irəlidə panik atakla əvəz olunur.
Fobiyalı təşviş pozuntuları.
Əslində təhlükəsi olmayan situasiyalarda təşvişin yaranması ilə səciyyələnən pozuntular qrupudur. Nəticədə insan belə situasiyalardan qaçır və ya qorxu hissi keçirərək dözür. Xəstəni narahat edən ürəkdöyünmə, ümumi zəiflik kimi ayrı-ayrı simptomlar ola bilər və bir çox hallarda bu, ölümdən, özünü idarə etmənin və ya ağlın itirilməsindən ibarət olan qorxu ilə müşayiət olunur. Fobiyalı situasiyanın yarana biləcəyini düşünmək belə, adətən, gözlənilən həyəcanı törədir. Fobiyalı həyəcan və depressiya çox hallarda müştərək olur. İki diaqnozun (fobiyalı təşviş pozuntusu və depressiv epizod) və ya onlardan birinin qoyulması haqqında qərar bu halların davam etmə müddəti və xəstənin konsultasiyası zamanı onun müalicəsi barədə həkimin:psixiatr, psixoloq düşüncələri ilə müəyyən olunur.
Əlaqə telefonu: (070) 204 02 07