Massajist- fizioterapevt Aynurə Eynullayeva: "Ciddi və məsuliyyətli biriyəm"
- Aynurə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Övladımın fiziki inkişafı üçün fizioterapiyanın massaj növünü üstün tutduğuma görə bu sahəni seçdim.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq on doqquz ildir ki, sevdiyim işlə məşğul oluram.
- İş prinsipləriniz nədən ibarətdir?
- Mənim iş prinsipim ondan ibarətdir ki, uşaqlar sağlam və gümrah ruhda böyüyüb Vətənə layiqli övlad olsunlar. Qadınlarımız isə hər zaman gözəl və baxımlı qalsınlar.
- İşdənkənar necə birisiniz?
- İşdə olduğum kimi işdənkənar da ciddi və məsuliyyətli biriyəm.
- Öz sahəniz üzrə nəyə "yox" deyirsiniz?
- Deyilən qaydalara riayət olunmamasına "yox" deyirəm.
- Sizə daha çox hansı problemlərlə bağlı müraciət edirlər?
- Daha çox uşaqlarda boy inkişafının ləngiməsinə görə, xanımlar isə üzün təravətli və gənc qalmasına, bədəninin dərisinin hamar və parlaq olmasına görə müraciət edirlər. Bir də ki, xanımlar sülietlərdən azad olmaq istəyirlər.
- Etdiyiniz prosedurlarin nəticəsi özünü neçə müddətə göstərir?
- Hətta birinci seansdan sonra da effekt görünür. Lakin mütləq özünə baxmaq, davamlı olaraq massaj olunmaq və düzgün həyat tərzi sürmək lazımdır. Düzgüm həyat tərzi dedikdə düzgün qidalanma, normal yuxu rejimi, idmanla məşğul olmaq və özünü sevmək lazımdır.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, öz faydalı işimlə insanların rəğbətini, hörmətini, inamını, sevgisini qazanaram və bizim gələcəyimiz olan övladlarımızın, Azərbaycan xanımlarının sağlamlıqlarına öz tövhəmi verərəm.
Həkimlə əlaqə: (050) 4021489