Dietoloq Sədaqət Ağayeva : "Ağlıma gəlməzdi ki, insanlar məni bu qədər sevərlər".
- Sədaqət xanım, zaman sizi haradan götürüb haraya gətirdi?
- Zaman məni yaxşı bir təhsildən, yaxşı bir yerə gətirib çıxartdı.
- Təhsilinizi harada almısınız?
- Mən 2008-ci ildə “Boğaziçi” universitetinə qəbul olmuşam. 2010-cu ildə oranı bitirmişəm və 2011-ci ildə Bakıya gəlib öz işim üzrə fəaliyyətə başlamışam. Hal-hazırda “Davinçi” klinikasında çalışıram.
- Niyə məhz dietoloq oldunuz?
- Bu sahəni seçməyimdə anamın təsiri var. O ərəflərdə xəstə idi. Ona baxdım və qərara gəldim ki, həkim olacağam. Dietologiyanı da ona görə seçdim ki, insanın varlığı onun qəbul etdiyi qidadan asılıdır. Bu sahə üzrə işləmək mənə xüsusi zövq verir.
- Əvvəllər bizdə dietoloqlara müraciətlər az-az olurdu. İndi necədir?
- İndi insanlar əvvəlki illərə nisbətən dietoloqlara daha çox müraciət edirlər. Bu da sevindirici bir haldır.
- Sizi narahat edən məsələ nədir?
- Həm bir həkim , həm də bir vətəndaş olaraq yeni nəslin nümayəndələrinin qəbul etdiyi qidalar məni çox narahat edir.
- Nəyə “yox” deyirsiniz?
- Düzgün olmayan həyat tərzinə, siqaretə, spirtli içkiyə “yox” deyirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Mən hər bir pasientimə öz doğmam kimi yanaşıram. Onların problemini öz problemim kimi bilirəm. Onlarla o qədər səmimi oluram ki, bəzən şəxsi həyatlarını da açıb mənə danışırlar.
- Hansı sahənin həkimləri ilə iş birliyiniz olur?
- Bariotik cərrahlarla, psixoloqlarla, endkrinoloqlarla sıx iş birliyimiz olur.
- Xarakter olaraq necə birisiniz?
- Çox səmimi və mehriban biriyəm. İnsanlara bacardıqca təbəssüm göstərməyə çalışıram.
- Ailəlisinizmi?
- Xeyr, subayam.
- Mən həkim andı içərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, insanlar məni bu qədər sevərlər. Bununla qürur duyuram.
Əlaqə nömrəsi: (050) 5554518