Skulptur-Bukkal üz masajisti, kosmetoloq Lamiyyə Daşdəmirova: "Xanımları təbii üsulla gəncləşdirmək əsas iş prinsipimdir"
- Lamiyyə xanım, necə oldu ki, bu sahəyə gədiniz?
- Əvvəlcə sizə təşəkkur etmək istəyirəm məni seçdiyiniz üçün. Bu sahə mənim uşaqlıq illərimin arzusudur. Mənim anam tibb sahəsində işləyib, masajla da məşgul olub. Uşaq ikən onun masajlarını sevə - sevə izləyərdim. Həmd olsun Allaha ki, bu sahədə işləməyi mənə nəsib etdi və mənim qarşıma gözəl müəllimlər çıxartdı. Mən masajı çox sevirəm. Hal-hazırda da Skulptur - Bukkal, Korugi Yapon üz masajı, Obyanqa Hind masajı, İspan masajı və bir çox başqa masajlarla məşgulam.
- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız?
- 7-8 ildir ki, bu işlə məşgul oluram. İllərdir çalışıram və öz işimi sevirəm.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- Öz sahəmdə həm bir neçə masaj metodlari ilə işləyirəm, həm Hicama edirəm, həm də inyeksion Komsetologiya ilə məşgulam.
- Mənim vəzifəm Allahın izni ilə xanımların mimik əzələlərinin tonusunu qaldıraraq, 10 yaş təbii üsulla gəncləşdirməkdir. Mən masajlarımdan sonra xanımların üzündəki o sevinci gördükcə, işimi daha çox sevirəm. Və barmaqlarım daha çox hərəkət edirlər özlərindən, sanki barmaqlarım rəqs edirlər. İnanın, bəzən elə olur üzdə işləyərkən barmaqlarım həmin qırışların üzərində elə işləyir ki, bir anda o qırışlar açılır. Bu Allah tərəfindən mənə verilən fitri istedaddır.
- İş prinsipniz nədən ibarətdir?
- Bayaq da dedim, iş prinsipim təbii üsulla xanmları gəncləşdirmək və onları xosbəxt görməkdir. Onlar xosbəxt və sevincli olduqca, mən də xoşbəxt oluram. Və işimdə daha məsuliyyətli oluram.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlar daha cox inyeksiyaların fəsadları ilə müraciət edənlər olur. O fəsadları öz masaj metodlarımla aradan qaldırmaq olur. Assimetriya ilə, üzdəki sallanmalarla, qırış kompleksləri ilə müraciət edənlər olur.
- Bir mütəxəsiss olaraq nəyə yox deyirsiniz?
- Mən süniliyin əleyhinəyəm. Xanımlarımız nə qədər təbii olsalar, bir o qədər gözəl görünərlər.
- Xarakter olaraq necə birisiniz?
- Allahdan qorxan, halallıqla və Allah ucun yaşayan biriyəm.
- Ailəlisinizmi?
-Bəli, ailəliyəm. Ailəm mənim üçün Allah tərəfindən verilən ən dəyərli hədiyyəmdir.
- Oxuculara nə məsləhət görürsünüz?
- Oxuculara məsləhətim o ola bilər ki, sünilikdən uzaq olsunlar. Təbii olmağa calışsınlar. Yaşlanmaları belə təbii və nurlu olsun. Allah hər kəsə sağlam ömür versin.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, belə gözəl nailiyyətlər məni gözləyəcək. Bunun ucun də hər zaman Allaha şükür edirəm. Bu işi mənə nəsib edən Allaha Həmd olsun.
Əlaqə nömrəsi: (050) 625 59 53
Instagram: uz_masaji_hicama_lamo.imanova