Dr. kosmetoloq Ülkər Abdullayeva: "Xanımları gözəlləşdirmək əsas iş prinsipimdir"
- Ülkər xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Tibb sahəsinə marağım uşaqlıqdan olub. Atamın da arzusu idi ki, mən həkim olum. Ona görə də, bu sahəni seçdim. Doqquz il Uşaq Birləşmiş xəstəxanasında pediatr olaraq fəaliyyət göstərmişəm. Daha sonra öz salonumuzda lazeroloq olaraq çalışmışam. Həmin ərəfədə xanımlara yüngül üz baxımı prosedurları da edirdim. Mənə müraciət edən xanımlar həmişə deyirdilər ki, səndə potensial var. Sırf komsetoloq kimi çalışsan, uğur əldə edə bilərsən. Pasiyentlərin də istəyini nəzərə olaraq, bu işin incəliklərini öyrənməyə qərar verdim və sırf komsetoloq kimi fəaliyyətə başladım. Şükür ki, qısa zamanda uğur əldə etməyi bacardım. Amma mən bununla kifayətlənmirəm. Özümü təkmilləşdirmək üçün müxtəlif seminarlara, təlimlərə və s. qatılıram. Dayanmadan öz üzərimə işləyirəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq on beş ildir ki, tibb sahəsindəyəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Kosmetologiya aid butun prosedurları icra edirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Xanımların simasında olan fəsadları aradan qaldırmaq və onları gözəlləşdirmək əsas iş prinsipimdir.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox dodaq dolğusu və biorevitalizasiya ilə bağlı müraciətlər olur. Biz də yüngül toxunuşlarla dodaqlara həcm veririk. Hər bir halda təbiiliyi qorumağa çalışırıq.
- Bir kosmetoloq olaraq nəyə "yox" deyirsiniz?
- Süni dolğulara qəti surətdə "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Səmimi və gülərüz biriyəm. Heç kimin qəlbini qıran deyiləm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Xanımlara nə məsləhət görürsünüz?
- Həmişə gözəl və baxımlı qalsınlar. Sadəliklərini qorusunlar.
- Mən bu işi seçərkən. Ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Əslində uğur əldə edəcəyimə inanırdım. Bütün uğurlarıma görə Allaha və valideynlərimə borcluyam. Valideynlərim bu işdə mənə çox dəstək oldu. Onlara öz minnətdarlığımı bildirirəm.
Əlaqə nömrəsi: (055) 795 95 50