Həkim kosmetoloq Xalidə İsmayılova: "Təbii görünüşə çox önəm verirəm"
- Xalidə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən gözəllik aşiqiyəm. Ola bilsin ki, bürcümlə də əlaqədardır. İncəsənəti və gözəlləşdirməyi sevirəm. Məncə, bu dünyada çirkin qadın yoxdur, baxımsız qadınlar var. Bütün qadınlar gözəldirlər. Sadəcə olaraq, özlərinə zaman ayırmırlar. Mən bacardığım qədər özümə vaxt ayırmağa çalışıram. Necə ki, canımda can var, belə də davam edəcəyəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- İki ildən coxdur ki, bu sahədəyəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Kosmetalogiyaya aid butun prosedurları icra edirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- İs prinsipim təbbi ki, aşırı dərəcədə dolğulardan istifdə etməməkdir, normal qaydada istifadə edilsə, təbii görünüşə çox önəm verirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Dodaq dolğusu ilə bağlı müraciətlər daha çox olur.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Otuz yaşdan əvvəl edilən prosedurlara "yox" deyirəm.
Təbbi ki, vizual görüntü çox önəmlidir. Məcbur qalmadıqca, etməsələr, daha yaxşıdır.
- Xarakter olaraq necə birisiniz?
- Xarakterimi sadalamaq istməzdim. Bir tək onu deyə bilərəm ki, tərəzi bürcüyəm. Dəqiqliyin, düzgünlüyün tərəfdarıyam.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Həyat gözəldir. Hər şeyə rəğmən yaşamağa dəyər. Problemləri, bəhanə edib özümüzü unutmayaq. Bu məsləhətim əsasən xanımlarımıza aiddir.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki... Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, bir gün məndən belə bir müsahibə alacaqlar (gülür).
Əlaqə nömrəsi : (070) 347 76 63