Dr. kosmetoloq-lazeroloq Vella İbrahimova: "Aşırı dərəcədə edilən prosedurların əleyhinəyəm"
Dr. kosmetoloq-lazeroloq Vella İbrahimova: "Aşırı dərəcədə edilən prosedurların əleyhinəyəm"
- Vella xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən 2000-ci ildə tibb sahəsini bitirmişəm. Bu işi çox sevirəm. Ona görə də bu sahəyə gəldim.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Doqquz ildir ki, kosmetoloq və lazeroloq kimi fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Müxfəlif mükafatlar və beynəlxalq sertifikatlar qazanmışam.
- İş prinsipiniz nədən ibarətdir?
- Pasiyentlərə istədikləri qədər deyil, onlara lazım olan qədər prosedur etmək əsas iş prinsipimdir.
- Bir komsetoloq olaraq nəyə "yox" deyirsiniz?
- Aşırı dərəcədə edilən posedurların əleyhinəyəm.
- Xarakter olaraq necə birisiniz?
- Qız bürcü olaraq sakit, çox səbirli, heç kimə pislik etməyən biriyəm. Amma kimsə mənə qarşı pis rəftar etdikdə, onu heç vaxt unutmuram.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Üç övladım var.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,..
- Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, məni bu qədər sevən pasiyentlərim olacaq. Bu da öz işimi sevməkdən, ona dəyər verməkdən irəli gəlir.
Əlaqə nömrəsi: (070) 312 12 82