Loqoped İlahə Məmmədzadə rinolaliyadan danışdı
- İlahə xanım, rinolaliya nədir?
- Nitq aparatının anatomik fizioloji quruluşunun pozulması nəticəsində yaranan nitq qüsurudur.Damaq-dodaq yarığı olan insanlarda müşahidə olunur.(dovşandodaq,qurdağız) Rinolaliya zamanı nitq nazallaşmış formada olur,səslərdə tın-tınlıq müşahidə olunur.Ağız və burun rezonatorlarında olan üzvi dəyişikliklər səbəbi ilə artikulyasiya mexanizmində intonasiya və səsin yaranmasında uyğunluq pozulur.
- Rinolaliyanın hansı formaları var?
-Damağın vəziyyətindən asılı olaraq 3 forması var.
Açıq,qapalı və qarışıq.
Açıq rinolaliya zamanı sərt və yumşaq damaqda olan yarıqlar səbəbilə tələffüz edilən səslər həm ağız boşluğundan,həm də burun boşluğundan çıxır.Bu da səsləri nazal və anlaşılmaz vəziyyətə gətirib çıxarır. Həm anadangəlmə,həm də sonradan qazanılma olur.Artikulyar aparatın zədələnməsi,yumşaq damağın iflici sonradan qazanılma hesab edilir.
Qapalı rinolaliya isə adenoidlər,poliplər,ağır zökəm,burun və burun-udlaq toxumalarının burun boşluğu keçidini bağlayan hissəsinin bitişməsidir.Heç bir yarıqlara rast gəlinmir.
Qarışıq rinolaliyada isə hər 2 halı müşahidə etmək mümkündür.
- Korreksiya işi necə aparılır?Nə zaman başlanılır?
- Rinolaliyalı uşağın loqopedik işi həm əməliyyatdan öncə,həm də əməliyyatdan sonra aparılmalıdır.Uşağın 2 yaşına qədər cərrahi əməliyyat olunur və əməliyyatdan 2 həftə sonra korreksiya işinə başlanılır.İlk öncə loqopedik masaj tətbiq edilir.Masajlar həftədə 2-3 dəfə,5-7dəq olmaqla həm əl,həm də zondlar vasitəsilə aparılır.Sığallayıcı masaj növü tətbiq edilir. İrəliləyən zamanlarda isə nöqtəvi masaj növünə keçid edilir.
Təbii ki,korreksiya işində böyük məsuliyyətlərdən biri də valideynin üzərinə düşür.Valideynlə mütəxəsis paralel şəkildə iş proqramını qurmalıdır.Verilən gimnastikaları,tapşırıqları yerinə yetirməlidir.
Əlaqə nömrəsi: (055) 929 67 84