Psixoloq Nərminə Cəfərova:"Uşaqlara mesajlaşma yox, telefonla danışmaq məsləhətdir"
Bu gün telefon həyatımızın hər sahəsinə daxil olub. Və uşaqların tərbiyəsində istəsək də, istəməsək də birmənalı şəkildə rol alıb. Bəs necə edək ki, telefonun uşağın həyatına mənfi təsirini minimuma endirək? Valideynlərin ən çox müraciət etdikləri suallardan biri də budur.
Məsələn, bəzən uşaqlar internetdən cinsel məlumatlar əldə edirlər. Bu zaman, yəni uşağın internetdən cinsəl bilgi əldə etməsinə göz yumulmalıdırmı?
Cavab: Saglam cinsi inkişaf internet ortamında deyil, böyüklərlə uşaq arasında təkbətək ünsiyyət vasitəsilə baş verir. Ona görə də valideynlər çalışmalıdır ki , bu mövzuda uşağın suallarına cavab versinlər. Lazim gələrsə psixoloqla bu barədə məsləhət etsinlər.
Sual: Mesaj, votsap vasitəsilə dostları ilə cinsi məzmunlu paylaşımlara rast gəlinən zaman uşaqla necə davranmalı?
Cavab: Yazılı mesaj uşaqlar arasında davranış pozuntusunu ən sürətlə yayan ünsiyyət vasitasidir. Uşaqlar üzbəüz olanda utandığı, çəkindiyi mövzuları mesajda çox rahat şəkildə ifadə edirlər. Ona görə də uşaqlara mesajlaşma yox, telefonla danışmaq məsləhətdir.
Belə bir durum fərq edildiyində nə etməli?
Uşağa əsəbiləşmək yox, yaşa uyğun olaraq telefonda sms və internet istifadəsini gözdən keçirmək lazımdır.
Bir ata-ana uşağı nə qədər yaxşı yetişdirirsə yetişdirsin , uşağın mesajla ünsiyyətə açıq bir telefonu varsa, bu telefona uyğunsuz məzmunlu mesaj gəlmə ehtimalı da yüksəkdir.
Əziz valideynlər, valideyn olaraq uşaqların tərbiyəsinə laqeyd yanaşmayın. Onlar bizim sabahımızdır. Bu gün görməzdən gəldikləriniz, əhəmiyyət vermədikləriniz, sabah sizi ən çox narahat edən amillər olacaq.
Əlaqə nömrəsi: (055) 248 64 41