Kiprik ustası Esmira Heybətova: "Xanımların gözəlliklərinə gözəllik qatmaq əsas iş prinsipimdir"
- Esmira xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən uzun illər Rusiyada yaşamışam. Bu sahənin incəliklərini Volqaqrad şəhərində öyrəndim. Ailə qurduğuma görə Azərbaycana gəldim və burada işləməyə başladım.
- Neçə ildir ki, bu sahədə fəaliyyət göstərirsiniz?
- 10 ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərirəm.
- İş prinspiniz nədən ibarətdir?
- Xanımların gözəlliklərinə gözəllik qatmaq və ondan zövq almaq əsas iş prinsipimdir.
- Öz səhəniz üzra hansı işləri icra edirsiniz?
- Tələbələr yetişdirirəm və bu sahə üzrə seminarlar keçirdirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Kiprik tökülməsi ilə bağlı müraciətlər çox olur. Əlbəttə ki, keyfiyyətli məhsullardan istifadə etdikdə kipriyə heç bir ziyan dəymir. Xanımlara kipriklərini korreksiya üçün ustalarına müraciət etməklərini məsləhət görərdim. Özləri etməsinlər. Əks halda, kiprikləri zədələnə bilər.
- Xarakter olaraq necə birisiniz?
- Əyləncəli, pozitiv, xoşxasiyyət biriyəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. İki övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Yalnız məni seçsinlər (gülür).
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, xanımlara bu qədər lazımlı biri ola bilərəm.
esya_eyelashes_official