Metodist Aysel Arastunqızı:"Bir uşağın üçüncü valideyni ata və anası arasında olan münasibətdir!"
- Aysel xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Uşaqlığımdan uşaqlarla münasibətim və sevgim cəlbedici olub. Ətrafımda olan hər kəsdən uşaqlar səni sevir, nəsə fərqli alınır kimi ifadələr eşitmişəm. Anamın sənətini fəxrlə davam etdirməyi seçdim.
- Neçə ildir ki, bu sahədəsiniz?
- 15 ilə yaxındır ki, pedaqoji fəaliyyətdəyəm. Həm sağlam intellektli, yüksək zəkalı usaqlar, həmçinin narahatlığı olan uşaqlarla xüsusi metodlarla iş, kadr hazırlığı üzrə təlimlər verirəm.
- İş pirinsipiniz nədən ibarətdir?
- Uşaqla işdə ən vacib bildiyim fərqindəlik və bələdlilikdir. Bunun üçün gərgin olmayan mühit və dəstəkləyən mütəxəssisin peşəkarlığı mütləqdir.
- Öz sahənin üzrə hansı işləri icra edirsiniz?
- Valideynlərlə maarifləndirici görüşlər, tələbələrlə hansı ki, gələcəkdə bu peşəni seçəcəklər praktiki fəaliyyət, uşaqlara vicdanlı və peşakar yanaşma metodlarının araşdırılması və s. əsas işlər görürəm. Bir sıra inkişaf proqramlarının müəllifiyəm və beynalxalq miqyasda sahəm üzrə seminarlarda məruzəçi olmuşam.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciət edirlər?
- Məktəblərdə dəstəkləyici multidisiplin üzrə təhsil məqsədli müraciətlərimiz çoxdur.
Eyni zamanda, disleksiya, disqrafi uşaqların müraciətləri də olur.
- Bu sahədə görmək istədiyiniz, amma görə bilmədiyiniz nedir?
- Daha çox ananın maariflənməsi, daha çox müəllimin narahatlıqlardan xəbəri olub, ona uyğun dərs üsulunu seçməsinə nail olmaq istəyərdim.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Deyil mütəxəssis olaraq, bir insan olaraq həmişə "yox" deməyi bacarmışam. Bunun tərbiyəsini almışam (ziyalı ailəsində böyüməyim, şəxsi fikirlərimə hörmət etməyim evde yaranıb). Uşaqlarıma da hər zaman tənqidi təfəkkürü tədris edir, qətiyyətlə yox, istəmirəm, bacarmıram sözlərinin istifadəsindəki reallığı artırıram.
- Xarakter olaraq necə birisiniz?
- Məncə, rahat biriyəm. Tələsmərəm, narahat olmaram dağınıqlıqdan. Səbrliyəm, disiplini sevirəm. Nəzakətli sözləri sevirəm. İstənilən işi ancaq bacarıramsa, öz öhdəmə götürürəm. Götürmürəmsə də ideal şəkildə yerinə yetirərəm. İşimi sevərək və hələ də öz üzərimdə işləyərək, genişləndirərək çalışıram.
- Ailəlisinizmi?
- Bəli, canımdan çox istədiyim iki nazlı qızım var. Beynimdən, günümün ən çox vaxtını severek sərf edib böyütdüyüm minlərlə tələbəm var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Sevmədikləri işi görməməklərini, bacarmadıqları işlərə yox deməyi, empati qurmağı öyrənməklərini məsləhət görərdim.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu səhəni seçərkən ağlıma gəlməzdi ki, bu qədər ömrünü uşağının inkişafına həsr etmiş qəhrəman analar səslərini çıxarda bilmirlər. Təəssüflə bildirirəm ki, gələcək doğan analar tanıdım. İllərdir öz ailəsində görülməyən, qədri bilinməyən, dəstək görməyən... Unutmayın ki, bir uşağın üçüncü valideyni ata və anası arasında olan münasibətdir!
İnstagram: ayselin_hekayesi